Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Sosva qəsəbəsi yanğın nəticəsində demək olar ki, tamamilə dağılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəsəbədə əsasən məktəb və mərkəzi küçə yanıb. Yanğın 50-dən çox evi məhv edib.
Məlumata görə, yanğın günorta saatlarında yerli mişar zavodunda başlayıb, lakin alov sürətlə qonşu tikililərə keçib. 200-dən çox sakin ərazidən təxliyə edilib.
Qeyd edək ki, vilayətin Tayojnı qəsəbəsində çoxsayda ev yanıb. Məlumata görə, baş verənlərlə bağlı bir neçə versiya üzərində iş aparılır. Yanğının quru otlardan başlaması və ya alovun meşədən gəlməsi ehtimal olunur.
Bizim.Media