Çavuşoğludan Baydenə: “Türk xalqına tarix dərsi keçmək heç kəsin həddi deyil”

Çavuşoğludan Baydenə: “Türk xalqına tarix dərsi keçmək heç kəsin həddi deyil”

Hazırda oxunan: Çavuşoğludan Baydenə: “Türk xalqına tarix dərsi keçmək heç kəsin həddi deyil”

132496

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarını tarixi reallıqları təhrif etmək cəhdi adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

"Tarixi təhrif etməyə çalışan şarlatanlar yenidən siyasi səhnəyə çıxırlar! Siyasi bəyanatlar tarixi reallıqları dəyişməyəcək... Türk xalqına tarix dərsi keçmək heç kəsin həddi deyil", - deyə M.Çavuşoğlu bildirib.

Bundan əvvəl Ağ Evin rəhbəri 1915-ci il hadisələri ilə bağlı açıqlamasında “soyqırım” ifadəsindən istifadə edib.

Xatırladaq ki, Ermənistan və erməni lobbisi Türkiyənin sələfi olan Osmanlı İmperiyasının 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırım” törətdiyini iddia edir. Ankara dəfələrlə Ermənistanı arxivləri açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Amma Ermənistan hələ də Türkiyənin təklifinə cavab verməyib, çünki bu, ilk növbədə, onlar tərəfindən uydurulmuş və bilərəkdən saxtalaşdırılan hekayədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO