Türkiyə 2 yeni tankını silahlı qüvvələrə təhvil verəcək - FOTO

Türkiyə 2 yeni tankını silahlı qüvvələrə təhvil verəcək - FOTO

Hazırda oxunan: Türkiyə 2 yeni tankını silahlı qüvvələrə təhvil verəcək - FOTO

132301

Modernləşdirilmiş iki ədəd yeni tank Sakaryada keçiriləcək mərasimdə Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.

Bu barədə Bizim.Media-ya Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, “Yeni Altay” tankı ilk prototipindən fərqli olaraq müasir döyüş şərtlərinə uyğun olaraq yenilənib.

Türkiyə Silahı Qüvvələrinin son illər həyata keçirdiyi əməliyyatlar çərçivəsində əldə etdiyi təcrübə ilə bağlı əlavə xüsusiyyətlər qazanan milli tank “Yeni Altay” adını alıb.
Məlumata görə, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. 120 mm və 55 kalibrli topla təchiz edilən müasir tank atəş sistemi çox güclüdür. Zərbə gücü baxımından böyük tutuma malik yeni hərbi maşın azı 8 kilometr məsafədəki hədəfi vura biləcək.

Yeni Altay” nisbətən yüngülliyi sayəsində yüksək hərəkətliliyə malikdir və bunun sayəsində rəqiblərini geridə qoymağı bacarıb.

“Yeni Altay” keyfiyyət baxımından dünyanın ən yaxşısı kimi tanınan “Leopard” tankları ilə müqayisə edilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO