Fevralın 26-da ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasının son günü çərçivəsində qurumun Demokratiya, insan hüquqları və humanitar məslələr üzrə Ümumi Komitəsinin iclası keçirilib.
MÖVZU İLƏ BAĞLI:
ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi – VİDEO
Bizim.Media xəbər verir ki, iclas çərçivəsində Belçikanın nümayəndə heyətinin üzvü Mark Demesmeker və İsveç nümayəndə heyətinin üzvü Byorn Soder Azərbaycana qarşı qərəzli mövqedən etdikləri çıxışa cavab olaraq Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısını sadalayıb və onları bu cinayətləri törədənlərə qarşı mövqe bildirməyə çağırıb.
Bizim.Media