Türkiyədə fevral ayında baş vermiş dağıdıcı zəlzələlər nəticəsində evsiz qalanların bir qismi bu gün yeni mənzillərlə təmin edilib.
Bizim.Media xəbər verir ki, Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum “Twitter” hesabında paylaşım edib.
Nazir qeyd edib ki, əsrin fəlakətindən 76 gün sonra, ilk evləri bu gün təhvil verilir: “Biz tuta bilməyəcəyimiz heç bir vəd vermədik. İnşallah, 319 min evin açarları da 365-ci gündə zəlzələdən zərər çəkən bacı-qardaşlarımızın əlində olacaq”.
Qeyd edək ki, Qaziantəpin Nurdağı rayonunun Belpınar məhəlləsində zəlzələdən zərərçəkmişlər üçün inşa edilən 14 ev “ağıllı kənd” tətbiqi ilə sahiblərinə təhvil veriləcək.
Layihə çərçivəsində 14 kənd evi, məscid, qonaq evi, tövlələr tikilib və abadlıq işləri görülüb.
Bizim.Media