Ukrayna kəşfiyyatı: “Rusiya ordusunun elit bölmələri məhv edilib”

Ukrayna kəşfiyyatı: “Rusiya ordusunun elit bölmələri məhv edilib”

Hazırda oxunan: Ukrayna kəşfiyyatı: “Rusiya ordusunun elit bölmələri məhv edilib”

131865

“Rusiya ordusunun elit bölmələri məhv edilib”. 

Bizim.Media “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib. 

“Düşmənin hücumları artıq puç olub. Onlar ötən il fevralın 24-dən həyata keçirdikləri cəhdləri bu gün təkrarlaya bilmirlər”. 

A.Yusov bildirib ki, bu, hələ Rusiyanın uduzması kimi başa düşülməməlidir: 

“Bu o demək deyil ki, düşmən məğlub olub və ya Ukrayna üçün təhlükə yaratmır. Əksəriyyəti köhnəlmiş olsa da, onların hələ lazımi qədər texnikası var”. 

O eyni zamanda Ukraynanın torpaqlarını işğaldan azad etməyə hazırlaşdığını vurğulayıb. 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müdafiə qüvvələrinin əks-hücuma hazırlaşdığını bildirmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO