Rusiyada nazir müavini HƏBS EDİLDİ  

Rusiyada nazir müavini HƏBS EDİLDİ  

Hazırda oxunan: Rusiyada nazir müavini HƏBS EDİLDİ  

131826

Rusiyada mədəniyyət nazirinin müavini Olqa Yarilova həbs olunub. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın Basmann məhkəməsi vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi üzrə saxlanılan Rusiya mədəniyyət nazirinin müavini Olqa Yarilova barəsində həbs-qətimkan tədbiri seçib. 

O, aprelin 19-da Moskvada saxlanılıb. O.Yarilova iyunun 16-dək paytaxtın istintaq təcridxanasına göndərilib. O, istintaqın tələbi ilə həbs edilib. Onun müdafiə tərəfi ev dustaqlığı istəyib, lakin məhkəmə bunu rədd edib. 

Yarilova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsi (“Vəzifə səlahiyyətlərindən sui-istifadə”) ilə ittiham olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO