Ərdoğan:

Ərdoğan: "Türk xalqı ölkəni terrorçularla əl-ələ verənlərə təslim etməz"

Hazırda oxunan: Ərdoğan: "Türk xalqı ölkəni terrorçularla əl-ələ verənlərə təslim etməz"

131562

“İnanıram ki, türk xalqı ölkəni terrorçularla əl-ələ verənlərə təslim etməz”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT” kanalına müsahibəsində “Millət İttifaqı”nın prezident seçkilərində namizədi, “CHP”nin sədri Kamal Kılıçdaroğlunun kürdyönümlü “HDP”dən dəstək almasını şərh edərkən bildirib.

O qeyd edib ki, CHP 14 mayda baş tutacaq Prezident seçkilərində öz namizədini irəli sürməyib, “Millət İttifaqı”na dəstəkləyəcəyini bəyan edən “HDP”yə həbsxanalarda cəza çəkən terrorçuları sərbəst buraxmağa söz verib:

“Bu ölkə terrorçuların dövləti deyil. Bu ölkədə terrorçular xeyir tapmaz. İnanıram ki, türk xalqı ölkəni terrorçularla əl-ələ verənlərə təslim etməz”

Ərdoğanın sözlərinə görə, PKK terror təşkilatını dəstəkləyən “HDP” ölkənin kürd vətəndaşlarından istifadə etməyə çalışır və onlar üçün əsl təhlükə mənbəyidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO