Ərdoğan: “Müxalifət bizi ittiham etməkdənsə, Qarabağda gördüyümüz işlərlə tanış olsun”

Ərdoğan: “Müxalifət bizi ittiham etməkdənsə, Qarabağda gördüyümüz işlərlə tanış olsun”

Hazırda oxunan: Ərdoğan: “Müxalifət bizi ittiham etməkdənsə, Qarabağda gördüyümüz işlərlə tanış olsun”

131469

“Müxalifət bizi ittiham etməkdənsə, Qarabağda gördüyümüz işlərlə tanış olsun”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afyonkarahisardakı çıxışında deyib.

Onun sözlərinə görə, Türkiyə son 21 ildəki təşəbbüsləri nəticəsində əsrlik xəyallarını gerçəkləşdirə bilib:

“Müxalifətin iddialarından fərqli olaraq, Türkiyə iqtisadiyyatını sabit saxlamaq üçün kimsədən borc almayıb”.

Ərdoğan bildirib ki, rəsmi Ankara həmişə imperializmə qarşı mübarizə aparıb: “Biz bunu Suriya və İraqda keçirdiyimiz əməliyyatlarda, 15 iyul çevriliş cəhdində göstərdik. Biz regionumuzda sabitliyi qorumağa çalışmaqla imperialistlərin xəyallarını puç etdik. Suverenliyimizə göz dikən imperialistlər artıq peşman olublar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO