Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” qırıcısı GÖNDƏRDİ  

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” qırıcısı GÖNDƏRDİ  

Hazırda oxunan: Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” qırıcısı GÖNDƏRDİ  

131334

Slovakiya Ukraynaya “MiQ-29” qırıcı təyyarələrinin verilməsi prosesini başa çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Slovakiyanın Müdafiə Nazirliyi məlumat yayıb. 
Slovakiyanın müdafiə naziri Yaroslav Nadın sözlərinə görə, vəd olunan 13 təyyarə artıq Ukraynadadır. 

O qeyd edib ki, Ukrayna daha 9 təyyarə alıb:

“Bu ötürmə ən böyük təhlükəsizlik amili nəzərə alınmaqla yerüstü yolla həyata keçirilib. Cəlb olunan bütün komponentlərə böyük minnətdarlığımı bildirirəm, çünki belə hallarda bu, həqiqətən mühüm və çətin logistik əməliyyatdır”. 
Nad bildirib ki, “MiQ-29” təyyarələri Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna üçün zəruri dayaqdır. “Digər tərəfdən, qonşumuzdan fərqli olaraq, bu təyyarələr bizə gərəksiz idi. Biz düzgün addım atırıq”, - deyə nazir bəyan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO