Xəbər verdiyimiz kimi, Rusiya ordusu aprelin 14-də Slavyanska zərbə endirib. Alınan son məlumata görə, hazırda şəhərdə axtarış-xilasetmə işləri başa çatıb, ümumilikdə zərbə nəticəsində 15 nəfər ölüb, 24 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Donetsk Vilayət Dövlət Administrasiyasının başçısı Pavel Kirilenko teleqramda bildirib.
“Dəqiqləşdirilmiş məlumatlara görə, dağıntılar altından 15 nəfər çıxarılıb: 5-ni (o cümlədən 14 yaşlı qız) qurtarmaq mümkün olub, 10 nəfər (aralarında 2 yaşlı oğlan olub) ölüb”, - o qeyd edib.
Kirilenko xatırladıb ki, aprelin 14-də rusiyalılar “S-300” hava hücumundan müdafiə sistemindən şəhərə 8 raket ataraq, Slavyanska böyük raket hücumu həyata keçiriblər.
Bu hücum nəticəsində ümumilikdə 15 nəfər ölüb, 24-ü yaralanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:08 / 16.04.2023
Rusiya ordusu Slavyanska zərbə endirdi - Ölənlərin sayı 15-ə çatdı
Hazırda oxunan: Rusiya ordusu Slavyanska zərbə endirdi - Ölənlərin sayı 15-ə çatdı
Hazırda oxunan: Rusiya ordusu Slavyanska zərbə endirdi - Ölənlərin sayı 15-ə çatdı
131103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.