Britaniya Kralının şəxsi sərvəti açıqlandı

Britaniya Kralının şəxsi sərvəti açıqlandı

Hazırda oxunan: Britaniya Kralının şəxsi sərvəti açıqlandı

131079

Böyük Britaniya Kralı III Çarlzın şəxsi sərvəti 600 milyon funt-sterlinqə (745 milyon dollara) çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.

Mənbə yazır ki, bu məbləğ onun anası Kraliça II Elizabetin (1926-2022) sərvətini üstələyir. 

Mərhum kraliçanın sərvəti 370 milyon funt sterlinq (460 milyon dollar) olub.

Yeni Kral təkcə anasından aldığı miras sayəsində deyil, həm də Kornuol hersoqluğunun uğurlu idarəçiliyi sayəsində belə əhəmiyyərli nəticə əldə edə bilib. Söhbət monarxa məxsus olan daşınmaz əmlak kolleksiyasından gedir.
Qeyd edək ki, 74 yaşlı monarx həm də qənaətcilliyi ilə tanınır. Belə ki, o, tez-tez uzun illər öncə aldığı kostyumları geyinir və elektrik enerjisinə qənaət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO