Ermənistanı tərk edən idmançılarımız Gürcüstana daxil oldu – RƏSMİ 

Ermənistanı tərk edən idmançılarımız Gürcüstana daxil oldu – RƏSMİ 

Hazırda oxunan: Ermənistanı tərk edən idmançılarımız Gürcüstana daxil oldu – RƏSMİ 

130951

“Azərbaycan nümayəndə heyəti Ermənistanı tərk edərək Gürcüstana daxil olub”.

Bizim.Media xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Tbilisidən Bakıya uçacaq təyyarə idmançılarımızı bu axşam Vətənə çatdıracaq.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb. Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO