ABŞ-nin Massaçusets ştatından olan 21 yaşlı gənc pilot Pentaqonun məxfi sənədlərini yaymaqda şübhəli bilinir.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, Cek Teyşeyra sənədlərin ilk dəfə yayıldığı “Thug Shaker Central” internet saytının sahibidir.
Onlayn tanışlıq və söhbət saytında 30-a qədər gənc və yeniyetmə silahlar, irqçilik və video oyunlara ortaq maraq üzərində söhbətlər aparıblar. Teyşeyra da hələlik necə əldə etdiyi sirr olaraq qalan məxfi məlumatları bu söhbətlər əsnasında ictimailəşdirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Federal Təhlükəsizlik Bürosu (FTB) tərəfindən Pentaqonun məxfi sənədlərinin sızdırılmasında şübhəli bilinən satqın gəncin saxlanılma anının video görüntüləri yayılıb.
Həmin videonu təqdim edirik:
Bizim.Media