Alimlər 30 min il yaşı olan yumağın sirrini açanda dəhşətə gəldilər - FOTO

Alimlər 30 min il yaşı olan yumağın sirrini açanda dəhşətə gəldilər - FOTO

Hazırda oxunan: Alimlər 30 min il yaşı olan yumağın sirrini açanda dəhşətə gəldilər - FOTO

130349

Kanada mədənçiləri tərəfindən yerin dərinliklərindən çıxarılan yumağın araşdırılması prosesi sona çatıb. Tədqiqatçılar bununla bağlı yekun qərarlarını açıqlayıblar. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, tapılan qəhvəyi xəz parçasına bənzər yumaq 30.000 il əvvəl qış yuxusuna gedən və bir daha oyanmayan dələyə aiddir. 

Rentgen skanerlə dələnin skeletinin daxili hissəsi araşdırılanda alimlər təəccüblü mənzərə ilə rastlaşıblar. Belə ki, skeletin əla vəziyyətdə qaldığı və məxluqun canlı Arktika yer dələsi ilə demək olar ki, eyni bədən quruluşuna aid olduğu ortaya çıxıb. Alimlər 30 min il ərzində yumağın çürüməyə məruz qalmamasından dəhşətə gəliblər.  

Bu yumaq 2018-ci ildə Kanadanın Yukon bölgəsindəki Klondayk qızıl yataqlarında mədənçilər tərəfindən aşkar edilib.

Xatırladaq ki, Klondaykda 2022-ci ilin iyununda, təxminən 30.000 il əvvələ aid olan mükəmməl şəkildə qalmış körpə mamont balasının skeleti tapılıb. Həmçinin bu ərazidə 2016-cı ildə 57 min illik mumiyalanmış canavar balası aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO