“Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir”.
Bizim.Media xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu küçə Astana gənclərini və qonaqlarını cəlb edən yerdir:
“Küçə boyunca dünyada ən böyük sferik bina olan “Nur Aləm”, Astana Balet Teatrı, Mərkəzi Botanika bağı, habelə şəhərin ən iri ticarət-əyləncə mərkəzi kimi mühüm obyektlər yerləşir.
Qeyd etmək istəyirəm ki, bu küçənin açılışı Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş bir sıra mühüm tədbirlərə start verəcək. O cümlədən bu gün “Qazaxıstan” telekanalında Heydər Əliyevin zəngin həyat yolu haqqında “Görkəmli həyat” adlı sənədli filmin premyerası olacaq. Rəmzi haldır ki, Heydər adının tərcüməsi “irəlidə gedən” deməkdir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:32 / 10.04.2023
Tokayev: “Heydər Əliyevin xatirəsini əbədiləşdirmək bizim borcumuzdur”
Hazırda oxunan: Tokayev: “Heydər Əliyevin xatirəsini əbədiləşdirmək bizim borcumuzdur”
Hazırda oxunan: Tokayev: “Heydər Əliyevin xatirəsini əbədiləşdirmək bizim borcumuzdur”
130038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.