Ən zəngin rus qadını “Vildberries” bazarının qurucusu və rəhbəri Tatyana Bakalçuk 15 zəngin rus iş adamından birinə çevrilməklə rekorda imza atıb.
Bizim.Media Rusiya saytına istinadən xəbər verir ki, Bakalçukun sərvəti 10.9 milyard dollara bərabərdir ki, bu, rus milyarderlər arasında 14-cü, qlobal reytinqdə isə 205-ci yeri tutmasına imkan verir.
MÖVZU İLƏ BAĞLI:
Milyarder Şeldon Adelson vəfat etdi
2021-ci ilin əvvəlindən bəri Bakalçukun sərvəti 20 faiz, yəni 1,8 milyard dollar artıb.
Fevral ayının ortalarında Bakalçukun Rusiyada aktivlərinə görə 348 sırada yer alan “Bank Standard-Kredit”in 100% hissəsini aldığı məlum olub.
Alçina Amilqızı, Bizim.Media