Ukrayna Polşaya taxıl tədarük etməyəcək, AMMA... 

Ukrayna Polşaya taxıl tədarük etməyəcək, AMMA... 

Hazırda oxunan: Ukrayna Polşaya taxıl tədarük etməyəcək, AMMA... 

129581

Ukrayna iyulun 1-dək Polşaya taxıl tədarük etməyəcək. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın aqrar siyasət naziri Nikola Solski polşalı həmkarı Robert Telyus ilə görüşdən sonra mətbuata birgə bəyanatı zamanı bildirib. 

"Ukrayna tərəfi yeni mövsümə qədər taxıl ixracından imtina edəcək. Dünyada vəziyyətin necə inkişaf etməsindən asılı olaraq, biz növbəti birgə fəaliyyətləri müzakirə etmək üçün yenidən bir araya gələcəyik", - deyə ukraynalı nazir bildirib. 
Polşalı nazir isə qeyd edib ki, bu məhdudiyyət buğda, qarğıdalı və günəbaxanın idxalına aid ediləcək:

“Ukrayna taxılının Polşadan keçməklə üçüncü ölkələrə tranziti davam edəcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO