Türk iş adamının şirkəti Rusiyada 9-cu oldu

Türk iş adamının şirkəti Rusiyada 9-cu oldu

Hazırda oxunan: Türk iş adamının şirkəti Rusiyada 9-cu oldu

12948

Türk iş adamı Güvenc Dönmezin rəhbərlik etdiyi “Delivery club” şirkəti “Forbes-Rusiya” jurnalının tərtib etdiyi “Runetin 30 ən bahalı şirkəti” siyahısında 9-cu sırada yer alıb. 

Bizim.Media xəbər verir ki, siyahıda ilk yeri “Yandeks”, ikinci və üçüncü yerləri müvafiq olaraq “Wildberries” və “Ozon” şirkətləri tutublar.

“Delivery club” 2009-cu ildə yaradılıb və Rusiyanın hazır yemək çatdırılması üzrə ən iri şirkətidir. 

2019-cu ildən şirkətə türk iş adamı Güvenc Dönmez rəhbərlik edir. “Delivery club” Rusiyanın 265 şəhərində 40 mindən artıq iaşə müəssisəsindən ayda 5 milyondan çox sifarişi ünvanına çatdırır.

Pandemiya dövründə şirkət ünvanlara ərzaq çatdırılması ilə məşğul olmağa başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO