"Türkiyə Azərbaycana görə bizi şantaj edir" - Sarkisyan sərhədlərin bağlanmasından danışdı

Hazırda oxunan: "Türkiyə Azərbaycana görə bizi şantaj edir" - Sarkisyan sərhədlərin bağlanmasından danışdı

129436

Avropa.info xəbər verir ki, bu açıqlamanı Ermənistan prezidenti Serj Sarkisyan Harvard universitetinin  Kennedi adına idarəetmə kollecində çıxış edərkən verib. 

Sarkisyan deyib ki, Ermənistan-Türkiyə sərhədi Avropada sonuncu qapalı sərhəddir. 

“NATO və AB-nin gömrük sisteminin üzvü olan Türkiyə Ermənistanla sərhədi bağlı tutaraq eyni zamanda bu qurumlarla effektli əməkdaşlıq edir”x9d ”“ Sarkisyan belə deyib.

Onun sözlərinə görə, sirr deyil ki, iqtisadiyyat beynəlxalq münasibətlərin inkişafında vacib rol oynayır. Bəzən siyasi gündəmi diktə edir. 

“Buna baxmayaraq, iqtisadi diplomatiya siyasi şantaj silahı ola bilməz. Bu inkişaf, əməkdaşlıq, inteqrasiya silahıdır. Xüsusilə, münaqişə bölgələrində iqtisadi əməkdaşlıq sülhə qısa yol açan qarşılıqlı etibar vasitəsidir. Avropa tarixi buna ən yaxşı nümunədir”x9d ”“ Ermənistan prezidenti belə deyib.

Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədi 1993-cü ilin aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun işğal olunmasından bağlayıb. (musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO