Təyyarə qaçıran misirli 24 ildi ailəsi ilə görüşə bilmir

Təyyarə qaçıran misirli 24 ildi ailəsi ilə görüşə bilmir

Hazırda oxunan: Təyyarə qaçıran misirli 24 ildi ailəsi ilə görüşə bilmir

129286
 "EgyptAir" aviaşirkətinə məxsus təyyarəni qaçıran Seyf əd-Din Mustafa həyata keçirdiyi “əməliyyatın”x9d  səbəblərini açıqlayıb.

Moderator.az Cyprus Mail-ə istinadən xəbər verir ki, 59 yaşlı təyyarə “oğrusu”x9d istintq orqanlarına verdiyi açıqlamada 24 ildir həyat yoldaşı, övladları ilə görüşə bilmədiyini deyib. Onun sözlərinə görə, Misir hökuməti ona ailəsi ilə görüşməyə imkan verməyib: “Bu 24 ildə neçə dəfə ailəmi və  övladlarımı görmək istəmişəm, amma  hakimiyyət mənə bu imkanı yaratmayıb".

S. Mustafanın Kipr vətəndaşından olan ailəsindən dörd övladı olub ki, onlardan da biri 10 il bundan öncə dünyasını dəyişib. S. Mustafa isə Kipri 1994-cü ildə tərk edib.

Qeyd edək ki, S. Mustafa martın 29-da  səhər saatlarında Misirin İsgəndəriyyə şəhərindən Qahirə şəhərinə uçan və göyərtəsində 81 sərnişinin olduğu təyyarəni ələ keçirərək Kiprin Larnaki hava limanına eniş etməsini tələb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO