Sankt-Peterburqda kafedə partlayış törətməkdə şübhəli bilinən Darya Trepova iki ay müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, Rusiya İstintaq Komitəsi Trepovaya qarşı terror aktı törədilməsi və qeyri-qanuni partlayıcı maddə daşınması ilə bağlı maddələr üzrə ittiham irəli sürüb.
MÖVZU İLƏ BAĞLI:
Sankt-Peterburqda kafedə partlayış: Hərbi müxbir öldü - FOTO/VİDEO
Qeyd edək ki, aprelin 2-də Sankt-Peterburqdakı kafelərdən birində törədilmiş partlayış zamanı hərbi müxbir, Vladlen Tatarski kimi tanınan Maksim Fomin həlak olub.
Partlayış nəticəsində daha 40 nəfər yaralanıb.
Bizim.Media