ABŞ-ın sabiq prezidenti Donald Tramp bu gün həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.
Məlumata görə, onun həbsi müvəqqəti və formal xarakter daşıyır. Belə ki, eks-prezident Nyu York məhkəməsində ona qarşı ittihamın irəli sürülməsini gözləyir.
Eks-prezidentin əvvəlcə barmaq izi alınacaq, sonra məhkəmə zalına aparılacaq və ona qarşı ittiham irəli sürüləcək.
Qeyd edək ki, Tramp ABŞ tarixində hakimiyyət tərəfindən həbs edilən ilk eks-prezidentdir.
Bizim.Media