Baxmut istiqamətində vəziyyət çox gərgin olaraq qalır, Rusiya döyüşlərə təkcə “Vaqnerləri” deyil, həm də peşəkar desant bölmələrini cəlb edir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
Malyarın sözlərinə görə, hətta hədsiz dərəcədə yüksək şəxsi heyət itkisi də düşməni dayandıra bilmir. Lakin onlar Rusiya komandanlığını daha emosional qərarlar qəbul etməyə məcbur edirlər.
“Müdafiəçilərimiz çətin şəraitdə düşmənin irəliləməsini dayandırmalıdırlar”, - deyə o vurğulayıb.
Malyar Ukrayna rəhbərliyinin hər bir hərbi qərarı və hər addımının balanslaşdırılmış olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Ukraynanın “Xortitsa” qoşunlarının əməliyyat-strateji qrupunun komandanlığı döyüş bölgəsində işləyir, yerdəki əməliyyat vəziyyətinə tam nəzarət edir.
“Mövcud vəziyyətə cavab tədbirləri bütün şərait, tapşırıqlar və hərbi məqsədəuyğunluq prinsipi nəzərə alınmaqla, səriştəli şəkildə həyata keçirilir”, deyə nazir müavini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:44 / 02.04.2023
Anna Malyar: Baxmut istiqamətində vəziyyət çox gərgindir
Hazırda oxunan: Anna Malyar: Baxmut istiqamətində vəziyyət çox gərgindir
Hazırda oxunan: Anna Malyar: Baxmut istiqamətində vəziyyət çox gərgindir
128554
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.