Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında yeni xarici siyasət konsepsiyası haqqında fərman imzaladığını bildirib.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin konsepsiyanı “orta və uzunmüddətli perspektivdə əməli fəaliyyətlərimizin əsasını təşkil edəcək” “balanslaşdırılmış sənəd” adlandırıb.
Konsepsiyanın əsas bəndində bildirilib ki, Rusiya özünü Qərbin düşməni hesab etmir və ondan təcrid olunmur.
Digər bəndə əsasən, Rusiya İslam sivilizasiyasını dost hesab edir və onunla, eləcə də Çin, Hindistan və Latın Amerikası ölkələri ilə hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığı gücləndirəcək.
Qeyd edilib ki, Rusiya öz silahlı qüvvələrindən özünə və müttəfiqlərinə qarşı silahlı hücumu dəf etmək və qarşısını almaq üçün istifadə edə bilər.
Həmçinin sənədə əsasən, ABŞ anti-Rusiya xəttinin əsas bələdçisi adlandırılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:10 / 31.03.2023
Putinin yeni xarici siyasət KONSEPSİYASI: “Qərbin düşməni deyilik və ABŞ...”
Hazırda oxunan: Putinin yeni xarici siyasət KONSEPSİYASI: “Qərbin düşməni deyilik və ABŞ...”
Hazırda oxunan: Putinin yeni xarici siyasət KONSEPSİYASI: “Qərbin düşməni deyilik və ABŞ...”
128305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.