Pakistan baş naziri  Zukerberqə müraciət etdi

Pakistan baş naziri  Zukerberqə müraciət etdi

Hazırda oxunan: Pakistan baş naziri  Zukerberqə müraciət etdi

1283

Pakistanın Baş naziri İmran Xan “Facebook” şirkətinin rəhbəri Mark Zukerberqə sosial şəbəkədə anti-islam məzmunlu fikirlərin qadağan olunması istəyi ilə müraciət edib.

Bizim.Media xəbər verir ki, o, bu müraciətlə bağlı “Twitter” hesabında yazıb. 

“Sosial media platformalarında şiddət və böhtanların çoxaldığını nəzərə alaraq, “Facebook”da əvvəllər holokosta qarşı olan qadağanın İslamofobiya və İslama nifrət məsələsinə də tətbiq olunmasını xahiş edirəm”.

Dünyanın müxtəlif hissələrində müsəlmanlara qarşı təzyiqlərin artdığını deyən baş nazir,  əsasən də Fransada Məhəmməd Peyğəmbərin karikaturasının yayılmasını, eləcə də Hindistandakı anti-müsəlman qanunlarını xatırladıb. 

İslamı Fransada terrorçuluqla əlaqələndirməyə başlayıblar. Bu da Fransadakı müsəlmanların daha da qütbləşməsinə və kənarlaşdırılmasına səbəb olacaq” - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO