Brüsseldə partlayışlar: Ölənlər var  - YENİLƏNİB + FOTO + VİDEO

Brüsseldə partlayışlar: Ölənlər var - YENİLƏNİB + FOTO + VİDEO

Hazırda oxunan: Brüsseldə partlayışlar: Ölənlər var - YENİLƏNİB + FOTO + VİDEO

128053
Belçika Fransa ilə sərhədlərini bağladı və ölkənin nüvə obyektlərinin təhlükəsizliyini gücləndirdi, yerli KİV xəbər verir.

***

Son məlumata görə, Belçikanın paytaxtı Brüsseldə metrostansiyada baş verən partlayış nəticəsində ən az 10 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.xa0

**
Brüsselin Beynəlxalq Hava limanında verən 2 partlayış terror aktıdır.xa0

Moderator.az-ın RIA Novosti-yəyə istinadən verdiyi məlumata görə, bu barədə Belçika hökuməti açıqlama yayıb. Həmçinin partlayışın baş verdiyi hava limanında daha bir partlayıcı qurğunun işə salınmadan aşkarlandığı deyilir.
xa0
Brüsseldə Şuman adlı daha bir metro stansiyasında partlayış baş verib. Bu stansiya Avropa komissiyasının və Avropa İttifaqı Şurasının binalarının yaxınlığında yerləşir.

***

“Brüsseldə dörddüncü antiterror hazırlıq səviyyəsi elan olunub. Bu isə o deməkdir ki, şəhərdə metrolar, təhsil müəssisələri, insanların çox olduğu yerlər bağlanacaq”x9d, - RTBF telekanalı məlumat verir.xa0

Şəhərdə mobil əlaqə rabitəsində nasazlıqlar var, partlayış xəbərlərindən sonra şəbəkə həddən artıq yüklənib.xa0

Həmçinin xəbər verilir ki, Brüsselin daha bir metro stansiyasında partlayış baş verib.

***

Belçikanın paytaxtı Brüsseldə daha bir partlayış baş verib.xa0
xa0
Moderator.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə metronun Malbek stansiyasında qeydə alınıb.xa0

Hadisə nəticəsində ölən barədə məlumat verilməsə də, yaralıların olduğu deyilir.xa0

Hazırda metrodakı insanlar evakuasiya edilir.xa0

***

Belçikanın paytaxtı Brüsseldə hava limanında baş verən iki partlayış zamanı 11 nəfər ölüb, 25 nəfər isə yaralanıb.

Moderator.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aeroportu fəaliyyəti tam dayandırılıb, bütün reyslər təxirə salınıb.xa0

Partlayışlardan sonra hava limanı ilə dəmir yolu əlaqəsi kəsilib.

Partlayışın səbəbləri hələ ki, məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO