Almaniyanın sabiq xarici işlər naziri Gido Vestervelle öldü.
Moderator.az “kp.ru”x9d-ya istinadən xəbər verir.
Almaniyanın keçmiş xarici işlər naziri, sabiq vitse-kansler Gido Vestervelle 55 yaşında Köln şəhərində öldü. O, leykemiya xəstəliyinin müalicəsində yaranan ağırlaşmalar nəticəsində yerli universitet klinikasında ölüb. Bu bəd xəbəri “Westerwelle Foundation”x9d fondu bildirib. Vestervelle 2009-cu ildən 2013-cü ilədək Almaniya xarici işlər nazirliyinə rəhbərlik edirdi. Beynəlxalq fəaliyyətlə yanaşı, o, “kaminq-aut”x9d edən yüksək vəzifə tutan siyasətçilərdən biri olub.
Gido xanım Angela Merkelin yubileyində nahar zamanı qeyri ənənəvi oreintasiyaya mənsub olduğunu etiraf etmişdi. Beş il keçdikdən sonra Gido Vestervelle öz münasibətini dostu Mihael Mronts ilə rəsmən qeydə aldırıb.
































































































