İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırdı

İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırdı

Hazırda oxunan: İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırdı

127498

İsraildə davam edən etirazlar səbəbi ilə ölkənin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib. 

Məlumata görə, İsrailin Histadrut həmkarlar ittifaqının elan etdiyi ümumi tətillə əlaqədar İsrailin Tbilisidəki səfirliyi bu gündən növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırır. 

Tətil dövründə konsulluq xidmətlərinin də göstərilməyəcəyi qeyd edilib. 

Qeyd edək ki, İsraildə ötən gündən etibarən əhali Benyamin Netanyahunun hökuməti tərəfindən məhkəmə islahatlarının aparılmasına qarşı etiraz edir və bunun üçün keçirilən ümummilli nümayişdə iştirak edirlər.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO