Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Novruz münasibəti ilə bayramı qeyd edən ölkələri təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ Prezidenti Şarl Mişel özünün “Twitter” hesabında yazıb.
"Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq də daxil olmaqla Novruz bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirəm.
"Baharın başlanğıcı bu çətin zamanlarda daha çox lazım olan yeni ümidlər gətirir. Bayramı qeyd edənlərə xoşbəxtlik, firavanlıq və hər şeydən əvvəl sülh arzulayıram", - deyə Şarl Mişel qeyd edib.
Bizim.Media
Warmest congratulations to all who celebrate #Nowruz including in Central Asia, the Caucasus and the Middle East.
— Charles Michel (@CharlesMichel) March 20, 2023
The beginning of spring brings renewed hope - all the more needed at these challenging times.
Best wishes for happiness, prosperity and above all - peace.