Putin: \

Putin: \"2014-cü ildə hipersəs silahlarımız yox idi, indi var” - VİDEO

Hazırda oxunan: Putin: \"2014-cü ildə hipersəs silahlarımız yox idi, indi var” - VİDEO

126367

“Rusiya Federasiyasında 2014-cü ildə hipersəs silahları yox idi, amma indi digər müasir sistemlər kimi var”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalında yayımlanan "Moskva.Kreml.Putin" proqramına müsahibəsində bildirib.

O, eyni zamanda jurnalistin “Niyə  Rusiya 2014-cü ildə xüsusi əməliyyata başlamadı?” sualına belə cavab verib: 

“Çünki Moskva Ukrayna ilə bağlı vəziyyətin sülh yolu ilə həll oluna biləcəyinə ümid edirdi”.

Kremlin sahibi həmin vaxtlar Krımda baş verənlərə də toxunub:

“Orda hər şey bir anda meydana gəldi. Krım sakinlərini “nasistlər” incidirdilər və Rusiyanın onları dəstəkləməkdən və qorumaqdan başqa carəsi qalmadı. Donbasa gəlincə, Moskva problemi sülh yolu ilə həll etməyə çalışdı, amma indi görürük ki, bizi aldadırmışlar. Qərbdə heç kim Donbass məsələsini sülh yolu ilə həll etmək fikrində deyildi, Ukraynanı silahla təmin edirdilər, hərbi əməliyyatlara hazırlaşırdılar”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO