Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni ad, soyad və ata adını daşıyan 24 yaşlı gənc prezident və parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, Türkiyənin Nevşehir vilayətindəndir.
“Mən illərdir, AK Partiyaya xidmət etmiş bir ailənin üzvüyəm. Həmin partiyanın fəal üzvü kimi vətənimə şövqlə xidmət etməyə görə namizədlik üçün müraciət etdim”, - deyə 24 yaşlı Ərdoğan bildirib.
Namizəd bildirib ki, o, seçicilərin dəstəyinə ümid edir və seçiləcəyi təqdirdə qanunverici orqanda gənclərin maraqlarını təmsil etmək niyyətindədir.
Gənc adının tarixçəsi barədə açıqlama verib:
“Mən indiki prezidentimiz şeir dediyi üçün həbsə atılandan üç gün sonra dünyaya gəlmişəm. Prezidentimizi çox sevən atam ona dəstək olmaq məqsədilə mənə Rəcəb Tayyib adını verib”.
Bizim.Media