Fransada kütləvi etirazlara səbəb olan pensiya islahatının yekun mətni Senatda qəbul edilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsinə 193 nəfər lehinə, 114 nəfər isə əleyhinə olmaqla səs verib.
Layihənin təsdiqində 38 senator bitərəf qalıb.
Qeyd edək ki, martın 7-dən Parisdə komunal işçilər pensiya islahatına qarşı etiraz edərək işə çıxmırlar. Fransa Prezidenti Makronun apardığı sosial siyasəti nəticəsində ölkə ciddi problemlərlə üzləşib.
Pensiya yaşının artırılması ilə bağlı təkliflər və hökumətin israrı vətəndaşların ciddi narazılığına səbəb olub. Bu səbəbdən də Fransada insanlar tətil edir, işə çıxmır. Hətta tətil nəticəsində də Parisdə zibillər aşıb-daşmağa başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:31 / 16.03.2023
Makron siyasəti xalqı qəzəbləndirməyə DAVAM EDİR: Pensiya islahatı qəbul edildi - VİDEO
Hazırda oxunan: Makron siyasəti xalqı qəzəbləndirməyə DAVAM EDİR: Pensiya islahatı qəbul edildi - VİDEO
Hazırda oxunan: Makron siyasəti xalqı qəzəbləndirməyə DAVAM EDİR: Pensiya islahatı qəbul edildi - VİDEO
125954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.