Zəlzələ bölgəsində çalışan həkimlərimiz mükafatlandırıldı - VİDEO 

Zəlzələ bölgəsində çalışan həkimlərimiz mükafatlandırıldı - VİDEO 

Hazırda oxunan: Zəlzələ bölgəsində çalışan həkimlərimiz mükafatlandırıldı - VİDEO 

125849

“Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələ xəbərini eşidən kimi 50 nəfərdən ibarət həkim qrupu səfərbər oldu və Türkiyənin ölkəmizdəki səfirliyinə, müvafiq dövlət qurumlarına müraciətlər etdik. Lakin bizə bildirdilər ki, zəlzələ bölgəsinə həkim lazım deyil”.

Bu sözləri qardaş ölkədə dəhşətli zəlzələdən zərər çəkən insanlara yardım etmək üçün ilk saatlarda Türkiyəyə yollanan Azərbaycan Könüllü Həkimlər Assosiasiyası sədri Oqtay Mehdiyev Bizim.Media-ya açıqlamasında bildirib.

O, bildirib ki, həkimlərimiz israrla qeyd ediblər ki, bizə orada olmaq lazımdır"

“Bizə bildirdilər ki, zəlzələ bölgəsində bütün infrastruktur dağılıb. Xəstəxanalar yerlə bir olub. Qalan binalar isə qəzalı vəsiyyətə düşüb. Biz isə cavabımızda bildirdik ki, bizim binaya ehtiyacımız yoxdu. Biz özümüzlə səhra hospitalı aparacağıq.
Bundan sonra bizim qardaş ölkəyə getməyimizə icazə verildi. Zəlzələ bölgəsinə çatandan 36 saat ərzində biz səhra hospitalını hazır vəziyyətə gətirdik”.

O. Mehdiyev bildirib ki, zəlzələ bölgəsində ilk saatlarda insanlar həkimə müraciət etmədilər:

“İnsanlar dağıntılar altında qalmış yaxınlarını necə xilas etmək barədə düşünürdülər. Sağ qalan insanlar özlərini düşünmək istəmirdilər. Zəlzələdən 3-4 gün keçəndən sonra artıq bizə müraciətlər başladı”.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyi və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının təşkilatçılığı ilə zəlzələ bölgəsindən qayıdan həkimlərin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə fəlakət zamanı həyatını itirən insanıların xatirəsi ehtiramla anılıb.

Tədbirdə çıxış edən Türkiyə səfirliyinin mətbuat ateşesi Hüseyin Altınalan ilk saatlarda Azərbaycanlı həkimlərin zəlzələ bölgəsinə çatmasını əsl qardaşlıq nümunəsi adlandırıb:

“Zəlzələ baş verən zaman Azərbaycanda hamının üzündə bir kədər, bir hüzün vardı. İnsanlar öz toylarını, şənliklərini təxirə saldılar. Hər kəs zəlzələ bölgəsinə öz köməyini etməyə çalışırdı. Buna görə Azərbaycan xalqına öz minnətdarlığımızı bildiririk”.
Tədbirin sonunda zəlzələ bölgəsindən qayıdan həkimlərə diplomlar təqdim olundu.

Əhməd Fikrətoğli, Bizim.Media
 













 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO