Nobel mükafatı laureatı:

Nobel mükafatı laureatı: "SEPAH-ı terror təşkilatı kimi tanıyın"

Hazırda oxunan: Nobel mükafatı laureatı: "SEPAH-ı terror təşkilatı kimi tanıyın"

125824

Əslən Güney Azərbaycanın Həmədan mahalından olan və Norveçdə yaşayan Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Şirin İbadi Avropa Parlamentində çıxış edib.

O, İranda etirazçıların məqsədinin Tehran rejiminin devirmək olduğunu deyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. 

O çıxışında bildirib: 

"İranda nümayişlər davam edir və etirazçıların məqsədi ölkə Konstitusiyasının dəyişdirilməsi və hazırkı hakimiyyətin devrilməsidir. Bu rejim islaholunmazdır və biz dinin siyasətdən ayrı olduğu bir sistemin qurulmasını istəyirik", - deyə xanım İbadi bildirib.

Martın 15-də çıxış edən Nobel mükafatı laureatı Avropa Parlamentinin nümayəndələrini SEPAH-ı terror təşkilatları siyahısına salmaqla İranda yaşayan xalqların yanında durmağa çağırıb.

O, bununla yanaşı bir daha İran vətəndaşlarının Tehran rejiminin nüvə proqramının və başqa ölkələrə müdaxiləsinin əleyhinə olduqların qeyd edib.

"Tarix kitablarınızda yazın ki, Tehran rejimi şagirdlərə belə rəhm etməyib və onları kimyəvi qazlarla zəhərləyib", - deyə, hüquq müdafiəçisi İranda minlərlə məktəblinin zəhərlənməsi məsələsinin rejim tərəfindən törədildiyini söyləyib.

Şirin İbadi bölgədə sülh və sabitliyin yaranmasının yalnız Tehran rejiminin devrilməsindən sonra mümkün olacağını bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO