“Fransada müsəlmanlara qarşı qanunların qəbuluna və onların əleyhinə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsinə sponsorluq edən qüvvələr var”.
Bizim.Media xəbər verir ki, bunu Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda Rutgers Universitetinin Hüquq məktəbinin hüquq və sosial ədalət üzrə tədqiqatçısı Sahar Aziz deyib.
Aziz Fransada ictimai yerlərdə hicab taxmağı qadağan edən qanuna münasibət bildirərkın qeyd edib ki, qadınların verdiyi qərarlara nəzarət etmək və onların əvəzinə qərar qəbul etmək təhqiramizdir:
“Fransada islamofobiya artır və bu, ilk növbədə ölkənin keçmiş müstəmləkələri - Əlcəzair və digər ölkələrlə münasibətlərin mürəkkəb olması ilə bağlıdır. Bu, bir günün problemi deyil, onun dərin tarixi kökləri var. Müsəlmanlar müxtəlif formalarda ayrı-seçkiliyə məruz qalırlar: bəziləri iş tapa, bəziləri təhsil ala bilmir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:22 / 16.03.2023
Sahar Aziz: “Fransada islamofobiya artır və bu qanunları himayə edən qüvvələr var”
Hazırda oxunan: Sahar Aziz: “Fransada islamofobiya artır və bu qanunları himayə edən qüvvələr var”
Hazırda oxunan: Sahar Aziz: “Fransada islamofobiya artır və bu qanunları himayə edən qüvvələr var”
125757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.