2022-ci ilin sentyabrından, yəni Rusiya ordusu tərəfindən Ukraynanın kritik infrastrukturuna kütləvi raket hücumları başladıqdan bəri hava hücumundan müdafiə qüvvələri 700-dək raketi zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, bu rəqəmi Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuriy İqnat telemarafonun gedişində açıqlayıb. O vurğulayıb ki, Rusiya ordusu Ukraynanın mühüm infrastrukturuna zərbələr endirərkən böyük strateji raket ehtiyatından istifadə edib.
“Martın 9-da Ukraynaya kütləvi raket hücumundan sonra kamikadze-dronları nəzərə almasaq, artıq 700-ə qədər raket hava hücumundan müdafiə sistemi tərəfindən vurulub”, - deyə spiker bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:47 / 15.03.2023
Ukrayna Rusiyanın 700-dək raketini məhv etdi
Hazırda oxunan: Ukrayna Rusiyanın 700-dək raketini məhv etdi
Hazırda oxunan: Ukrayna Rusiyanın 700-dək raketini məhv etdi
125644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.