Dünyanın qadın müdafiə nazirləri   - FOTOLAR

Dünyanın qadın müdafiə nazirləri - FOTOLAR

Hazırda oxunan: Dünyanın qadın müdafiə nazirləri - FOTOLAR

125568

Nazmi Gəncəvinin “İsgəndərnamə”x9d poemasında qadın personajın dilindən səsləndirilən “Qadının erkəyi, dişisi olmaz”x9d kəlamı XXI əsrdə də öz təsdiqini tapmaqdadır. XX əsrdə geniş vüsət alan feminizm və demokratiyanın əsas prinsiplərindən sayılan gender bərabərliyi müasir günümüzdə qadınların həyatın bütün sahələrində geniş təmsil olunması ilə nəticələnib. Hətta əsrlər boyu təsəvvürlərdə yalınz kişi işi kimi qəbul edilən hərb sənəti də bu gün qadınlarsız keçinmir. Bir çox ölkələrin müdafiə nazirliklərinəxa0 - ölkəni xarici təcavüzdən qoruyacaq əsas strukturlara qadınlar başçılıq edir.

Modern.azxa0dünya ölkələrində hazırda müdafiə naziri postunu tutan qadınları təqdim edir.


Mariz Peynxa0- Avstraliyanın müdafiə naziri. Mariz Peyn 1964-cü il iyulun 29-da Sidney şəhərində anadan olub. O 1997-ci ildə Avstraliya Senatına üzv seçildikdən sonra müxtəlif vəzifələrdə çalışıb. 2015-ci il sentyabrın 21-də baş nazir Malkolm Ternball hökumətində müdafiə naziri postuna təyin olunub.


Andreya Katicxa0- Sloveniyanın müdafiə naziri. 1969-cu il dekabrın 22-də Sloven Qradets şəhərində anadan olub. 1996-cı ildə Maribor universitetinin hüquq fakültəsini bitib. 1998-2014-cü illərdə Velenye şəhər administrasiyanın sədri, 2014-2015-ci illərdə Sloveniya parlamentinin vitse-spikeri səlahiyyətlərini icra edib. 2015-ci ilin aprelindən Sloveniyaın müdafiə naziridir.



Tina Xidaşelixa0- Gürcüstanın müdafiə naziri. Cənubi Qafqazın ilk qadın müdafiə naziri 1973-cü il iyunun 8-də Txa0xa0 bilisidə anadan olub. 1990-1995-ci illərdə Tbilisi Dövlət Universitetində təhsil alıb. Uzun illər ali təhsil məktəblərində və beynəlxalq təşkilatlarda çalışıb. Grücüstan Respublika Partiyasının üzvü kimi 2010-2012-ci illərdə Tbilisi şəhər şurasının üzvü olub.
2012-ci ilin oktybarından parlamentdə seçilib və Avropaya inteqraisya komissiyasının sədri olub.
2015-ci il mayın 1-də prezident Georgi Marqvelaşvili Xidaşelini müdafiə naziri postuna təyin edib.



Marta Yelena Ruiz Sevilyaxa0- Nikaraquanın müdafiə naziridir. 2014-cü il fevralın 18-də ölkə prezident Daniel Orteqanın qərarı ilə müdafiə naziri təyin olunub. Buna qədər xanım nazir daha çox elmi fəaliyyəti ilə tanınırdı.


Roberta Pinottixa0- İtaliyanın müdafiə naziri. İtaliya tarxinin ilk xanım naziri 1961-ci il mayın 20-də Genuya şəhərində andan olub. İlk vaxtlar italyan dili müəllimi kimi çalışan Pinotti 90-cı illərdə siyasi fəlaiyyətə qoşulur. 2001-ci ildə ilk dəfə Deputatlar Palatasına üzv seçilir. 2008-ci ildə İtaliya Senatının üzvü təyin olunur. Roberta Pinotti 2013-cü il mayın 3-də İtaliya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, 2014-cü il fevarlın 22-dən isə İtaliyanın müdafiə naziri təyin olunub. Evlidir, 2 qız anasıdır.


Ursula fon der Layenxa0- Almaniyanın müdafiə naziri. 1957-ci il oktybarın 8-də Belçikada anadan olub. İxtisasca fizik olsa da, Almaniya Xristian Demokrat İttifaqının üzvü kimi uzun illər ailə məsələləri, əmək və sosial məsələlər üzrə nazir olub. Ursula fon der Leyen 2013-cü ildən bəri isə Angela Merkel hökumətində müdafiə naziri postuna yiyələnib.
Ursual fon der Leyen tibb doktoru Hanz fon der Leyenlə nikahdan 7 övlad sahibidir.xa0xa0xa0


İnna Mariya Eriksen Soriyedexa0- Norveçin müdafiə naziridir. Mariya Eriksen 1976-cı il mayın 2-də Lorenskoq şəhərində anadan olub. Norveç Mühafizəkarlar Partiyasının üzvü kimi 2005-ci ildə Oslo şəhər şurasının üzvü seçilib. 2013-cü il oktyabrın 16-dan müdafiə naziri səlahiyyətlərini icra edir.


Mimi Kodhelixa0- Albaniyanın müdafiə naziri. Xanım nazir 1964-cü il sentyabrın 11-də anadan olub. İtaliya və ABŞ-da iqtisadçı təhsili alıb və Albaniya universitetlərində elmi fəlaiyyətlə məşğul olub. 2013-cü il sentybarın 15-dən Albaniya tarixinin ilk qadın müdafiə naziri təyin olunub. Evlidir, 1 oğul anasıdır.


Janin Hennis-Plasşertxa0- Hollandiyanın müdafiə naziri. Janin Plasşert 1973-cü il aprelin 7-də Herenven şəhərində doğulub. 2004-cü ildə Liberal Demokratlar Partiyasının namizədi kimi Avropa parlamentinə seçilib. 2012-ci il noybarın 5-dən isə Hollandiyanın müdafiə naziri təyin olunub.xa0
Janin Plasşert evlidir, 1 ögey övladı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO