Ronaldinyonun anası Covid-19-dan öldü

Ronaldinyonun anası Covid-19-dan öldü

Hazırda oxunan: Ronaldinyonun anası Covid-19-dan öldü

12531

Dünya futbolunun əfsanəsi Ronaldinyonun anası Migelina Eloi Dos Santos 71 yaşında ikən koronavirus infeksiyasından vəfat edib.

Bizim.Media xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu "Twitter" profilində qara foto qoyub.

Braziliya millisinin sabiq forvardı 2020-ci ilin dekabrında anasının koronavirusa yoluxduğunu bildirib. Həmin vaxt Migelina Eloi intensiv terapiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, 2002-ci ilin dünya çempionu futbolçu karyerasını 16 yanvar 2018-ci ildə başa vurub. Onun son klubu "Fluminense" olub. Ronaldinyo 2005-ci ildə "Qızıl top" mükafatını qazanıb.

O, Fransa PSJ-si, İspaniya "Barselona"sı, İtaliya "Milan"ı və digər klublarda çıxış edib.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO