"Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır" - "Euronews" AÇIQLADI

Hazırda oxunan: "Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır" - "Euronews" AÇIQLADI

124921

"Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır. Avropa ilə yeni hava əlaqələri qurur, milyonlarla səyahətçinin görməli yerləri ziyarət etməsinə və ölkənin füsunkar mənzərəsindən həzz almasına imkan yaratmaq üçün viza təminatını asanlaşdırır".

Bizim.Media xəbər verir ki, bu barədə “Euronews.com” internet portalında dərc olunan reportajda bildirilir.

Almaniyanın paytaxtı Berlində keçirilən, dünyanın ən böyük turizm yarmarkalarından olan ITB sərgisi ilə bağlı yayımlanan reportajda qeyd olunur ki, ITB 50 ildən artıqdır turizm sektorunda nüfuzlu sərgilərdən biridir.

“Euronews”un müxbiri Siril Fourneris turizm dünyasını bu il üçün nələr gözlədiyini öyrənmək məqsədilə martın 7-dən 9-dək davam edən “ITB Berlin 2023”-də iştirak edib. Sərgiyə qatılan ekspertlər beynəlxalq turizm aktivliyinin pandemiyadan əvvəlki səviyyələrə çata biləcəyini proqnozlaşdırırlar.
Siril Fournerisin hazırladığı reportajda Səudiyyə Ərəbistanı, Yaponiya, Mərakeş, Britaniya, Gürcüstan və Azərbaycanın turizm potensialından bəhs olunur. Bildirilir ki, Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır. Avropa ilə yeni hava əlaqələri qurur, milyonlarla səyahətçinin görməli yerləri ziyarət etməsinə və ölkənin füsunkar mənzərəsindən həzz almasına imkan yaratmaq üçün viza təminatını asanlaşdırır.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidf “Euronews”a açıqlamasında deyib:

“Biz Azərbaycandakı biomüxtəlifliklə fəxr edirik. Çoxlu müxtəlif landşaftlar, yeni iqlim zonaları var. Bir çox yeni layihələrə start vermişik, təcrübə qazanmışıq, ötən illərdə yeni otellər açılıb. Buna görə də ölkədə turizm sənayesi çox aktivdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO