Gürcüstanın Daxili İşlər Nazirliyi XƏBƏRDARLIQ YAYDI

Gürcüstanın Daxili İşlər Nazirliyi XƏBƏRDARLIQ YAYDI

Hazırda oxunan: Gürcüstanın Daxili İşlər Nazirliyi XƏBƏRDARLIQ YAYDI

124390

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisidə, Rustaveli prospektində, Parlament binası yaxınlığında, etiraz aksiyasına toplaşanların zorakılıq hərəkətləri nəticəsində Nazirliyin 50-yə yaxın əməkdaşı yaralanıb. Onlardan bir neçəsinin üzərində cərrahi əməliyyat aparılıb. 

Bizim.Media Gürcüstan mediasına istinadən bildirir ki, martın 7-də Daxili İşlər Nazirliyi Rustaveli prospektində, Parlament binasının yaxınlığında baş vermiş zorakılıq hadisələri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353 və 187-ci maddələri ilə araşdırmalara başlayıb. 

“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmama faktlarına görə 66 nəfər həbs edilib. Dinc aksiyanın zorakılığa çevrilməsinə şərait yaradan və təşkil edən bütün şəxslərin əməllərinə Nazirlik tərəfindən müvafiq hüquqi qiymət veriləcək”, - deyə məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO