Ukrayna əsir saxladığı 90 rus hərbçisini geri qaytardı

Ukrayna əsir saxladığı 90 rus hərbçisini geri qaytardı

Hazırda oxunan: Ukrayna əsir saxladığı 90 rus hərbçisini geri qaytardı

124350

Ukraynada əsir saxlanılan 90 rus hərbçi Rusiyaya təhvil verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Azad edilən hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə Moskvaya çatdırılacaq”, - deyə məlumatda bildirilib.

Məlumata görə, hərbçilər martın 7-də danışıqlar prosesi nəticəsində geri qaytarılıb.

Xatırladaq ki, fevralın ortalarında Rusiya Müdafiə Nazirliyi 101 rusiyalı hərbçinin Ukrayna əsirliyindən geri qayıtdığını elan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO