ABŞ dövlət katibinin müşaviri Bakıdan İrəvana gedir

ABŞ dövlət katibinin müşaviri Bakıdan İrəvana gedir

Hazırda oxunan: ABŞ dövlət katibinin müşaviri Bakıdan İrəvana gedir

124202

ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono martın 7-də İrəvana gedəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb.

Bono Ermənistan və Azərbaycan arasındakı hərtərəfli sülhü müzakirə etmək üçün Ermənistan liderləri ilə görüşəcək.

Qeyd edək ki, bir gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Bono son aylarda Bakı və İrəvanın münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Bu, diplomatın regiona ilk səfəridir. Bundan əvvəl Dövlət Departamenti bu il fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi, Azərbaycan və Ermənistan liderləri arasında baş tutan dialoqu davam etdirəcəyinə əminliyini ifadə edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO