“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna sakinlərini və xarici vətəndaşları məlumatlandırmaqdır.
MÖVZU İLƏ BAĞLI:
Xocalı soyqırımına dair xarici dövlətlər və təşkilatların qəbul etdiyi rəsmi sənədlər - SİYAHI
Bilbordlar Kiyevdə gediş-gəlişin daha sıx olduğu mərkəzi ərazilərdə - Lev Tolstoy, Bolşaya Vasilkovskaya, Qliboçitska, Seçevıx Streltsov küçələrində, Kiyev-Borispol avtomobil magistral yolunda yerləşdirilib.
Bilbordlarda Xocalı soyqırımını özündə təcəssüm etdirən “Ana fəryadı” heykəli əksini tapıb və “Xocalıya ədalət!” şüarı yazılıb.
Bilbordlar Ukrayna ərazisində fevralın sonlarına qədər mövcud olacaq.
Bizim.Media