Yunanıstanda baş verən qatar qəzasının səbəbləri məlum olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan Larisa stansiyasının rəisi günahını etiraf edərək, səhvən sərnişin qatarını yanlış yola yönəltdiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Yunanıstan Prezidenti və Baş nazirinə BAŞSAĞLIĞI VERDİ
“Mən səhv etdim və sərnişin qatarını Katerinidən gələn yük qatarı ilə eyni relslə yola saldım”, - deyə stansiya rəisi etiraf edib.
Qeyd edək ki, Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 36 nəfər həlak olub.
Bizim.Media