Çavuşoğlu Lavrovla Suriya ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ 

Çavuşoğlu Lavrovla Suriya ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ 

Hazırda oxunan: Çavuşoğlu Lavrovla Suriya ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ 

123257

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yeni Dehlidə G20 Xarici İşlər Nazirləri Şurası (FMC) çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, nazirlər Suriya ətrafındakı vəziyyəti, Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması istiqamətində regionun maraqlı dövlətlərinin fəaliyyəti, eləcə də taxıl dəhlizi ilə bağlı işləri müzakirə edib.  

“Görüş zamanı bir sıra beynəlxalq problemlər, o cümlədən Suriyadakı vəziyyət nəzərdən keçirilib. Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması istiqamətində regionun maraqlı dövlətlərinin gördüyü işlərə xüsusi diqqət yetirilib, eyni zamanda Suriyada terror təhlükəsinin aradan qaldırılması üçün birgə səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO