Azərbaycan XİN Yunanıstana başsağlığı verdi

Azərbaycan XİN Yunanıstana başsağlığı verdi

Hazırda oxunan: Azərbaycan XİN Yunanıstana başsağlığı verdi

123223

Azərbaycan XİN qatar qəzası ilə bağlı Yunanıstana başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in Tvitter hesabında bildirilib.

“Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatını itirməsi ilə nəticələnən dəhşətli dəmir yolu qəzasına görə dərindən kədərləndik. Bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını diləyirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir”.
Qeyd edək ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, yaralananların sayı isə 85 nəfərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO