Böyük Britaniya Minsk Qrupunda həmsədrliyə iddialıdır – Mübarizə başladı

Böyük Britaniya Minsk Qrupunda həmsədrliyə iddialıdır – Mübarizə başladı

Hazırda oxunan: Böyük Britaniya Minsk Qrupunda həmsədrliyə iddialıdır – Mübarizə başladı

12287

Britaniyanın xarici işlər, əməkdaşlıq və inkişaf naziri Vendi Mortonun Ermənistana 2 günlük səfəri davam edir.

Səfər çərçivəsində xanım nazir bir sıra hökümət nümyəndələri ilə görüşlər keçirib və qarşılıqlı maraq doğuran bəzi sahələr, informasiya texnologiyaları, təhsil, bərpa olunan enerji mənbələri, turizm sahələrini iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

 

MÖVZU İLƏ BAĞLI:

Böyük Britaniya uyğurlara görə Çinlə əlaqəni məhdudlaşdırır


Lakin deyildiyi kimi, Böyük Britaniyanın Amerika və Avropa qonşuluq siyasəti üzrə ixtisaslaşmış xanım diplomatını bərpa olunan enerji ehtiyyatları ya da təhsil barədə danışıqlar üçün Cənubi Qafqaza göndərməsi ehtimalı çox azdır.

Ən azından bu istiqamətlərdə aparılan danışıqların əsas mətləbi pərdələmək məqsədilə ortaya atılmış mövzular olduğunu demək olar.

 

Əvvəlcə onu xatırladaq ki, xanım nazir daha əvvəl Bakıda səfərdə olub və burda da rəsmi nümayəndələrlə qadın haqlarının vəziyyəti ilə bağlı məsələləri müzakirə edib. Lakin Britaniyanın Cənubi Qafqazdakı maraqları nəzərə alındığında bu səfərin pərdə arxasındakı məqamların önəmi daha da artır.


Britaniyalı nazirin Cənubi Qafqaz səfərlərini bir neçə mühüm açıqlamanın fonunda dəyərləndirməyə çalışsaq, mətləbə aydınlıq gələr.

İlk olaraq son günlərdə Rusiyanın MDB ölklərindəki nüfuzuna yönəlik Qərbdən gələn təhdidlərə qarşı reaksiyasını diqqət yetirilməlidir. Rusiya ciddi şəkildə Qərbin MDB ölkələrindən Rusiyanı sıxıştırmağa çalışmaqda ittiham edir. Demək ki, bu istiqamətdə hansısa ciddi addımlar atılıb ki, Rusiya prezidenti bu fikirləri səsləndirmək ehtimalı duyub.

Eyni zamanda Qərbin bu həmlələri əsasən diplomatik müstəvidə həyata keçirildiyi aydındır, çünki son həftələrdə MDB məkanında Qərbin birbaşa və dolayı yolla hərbi aktivliyi müşahidə olunmayıb.

İkinci olaraq ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın Qarabağ münaqişəsində Fransanın rolu ilə bağlı dediklərini olduqca önəmlidir. Brayzanın fikrincə, Fransa münaqişənin nizamlanmasında həmsədr kimi özünün doğrultmayıb. Fransanın münaqişədə tərəfsizliyini pozması onun həmsədr kimi gələcəkdə də fəaliyyət göstərməsinə imkan vermir.

Brayza keçmiş diplomat olsa da, Qərbin regiondakı maraqlarından yaxından xəbərdar olan şəxsdir və regiondakı maraqlar toqquşması haqqında verdiyi analizləri də məhz bu baxımdan olduqca önəmlidir.

Üçüncü olaraq Britaniyanın Azərbaycandakı səfiri Ceymz Şarpın yaxın günlərdə Biritaniya ilə Azərbaycan arasında hərbi əməkdaşlığın qurulması ehtimalları ilə bağlı fikirlərini bölüşmüşdü.

 

Məlumdur ki, Avropa enerji təhlükəsizliyi ilə bağlı olaraq Azərbaycan mühüm enerji mənbəyi hesab olunur. Azərbaycan həm də Britaniyanın Mərkəzi Asiya enerji hövzəsinə çıxışını təmin edən əsas tranzit ölkədir.


Bu baxımdan Azərbaycanda, o cümlədən Cənubi Qafqaz regionunda Britaniya maraqlarının təhlükəsizliyini təmin etmək, kənar dövlətlərin müdaxilə imkanlarını məhdudlaşdırmaq həyati əhəmiyyətə malikdir.

Bütün bu amilləri birləşdirdiyimizdə Britaniyanın heç də yuxarıda qeyd olunan qadın haqları və bərpa olunan enerji ehtiyyatları ilə bağlı yox, daha ciddi geosiyasi məsələlər barəsində danışıqlar içərisində olduğu aydın olur. Britaniya məhz Minsk Qrupunun həmsədrliyində təmsil olunmaq istiqamətində tərəflərlə danışıqlar aparır. Bu Britaniya və bütövlükdə Qərb üçün olduqca strateji məsələdir. 

Çünki son aylarda Fransa bölgədə həmsədrlikdən doğan təsir imkanlarını itirib və ondan gözləniləni etməkdə uğursuz olub. Lakin bölgədəki maraqları baxımından Britaniya bu işə ideal namizəddir. Digər tərəfdən Britaniya ABŞ-la birgə Rusiyaya qarşı da geosiyasi mübarizə içərisindədir.

 

Həmsədr kimi Minsk qrupuna daxil olması ABŞ-Britaniya cütlüyünün Cənubi Qafqazdakı nüfuzunu daha da artıracaq və Rusiyaya qarşı müxtəlif təzyiq mexanizmlərindən istifadə etməklə Qarabağdakı sülhməramlıların çıxarılması işini tezləşdirəcək.


Uzaq perspektivdə Cənubi Qafqazı Rusiyanın bufer zonası olmaqdan xilas edəcək. Bu şərtlər altında Putinin narahat mövqeyini anlamaq elə də çətin deyil.

Britaniyanın həmsədr olması eyni zamanda Ermənistan üçün də olduqca sərfəlidir. Çünki Azərbaycandan Avropaya gedəcək əsasə enerji xəttlərindən məhrum qalan Ermənistan öz enerji ehtiyacını bu yolla daha asan və ucuza tənzimləmək imkanı əldə edə bilər.

Bu həm Ermənistanın Rusiyadan enerji asılılığını sıradan çıxaracaq, həm də artıq çoxdan köhnəlmiş və ekoloji fəlakət astanasında olan “Metsamor” atom elektrik stansiyasının riski fəaliyyətini dayandırmağa imkan verəcək.

Təsadüfi deyil ki, xanım nzairin Ermənistanda müzakirə etdiyi mövzulardan biri də elə ekoloji təhlükəsizlik məsələsidir. 

Digər tərəfdən Ermənistanın indiki hakimiyyətinin Qərbə inteqrasiya yolu tutduğunu da düşünsək, Britaniya ilə yaxın əlaqələr Ermənistana olduqca çox şey qazandıra bilər.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO