Rusiya XİN Bakı-İrəvan əməkdaşlığı üçün əsas şərti AÇIQLADI 

Rusiya XİN Bakı-İrəvan əməkdaşlığı üçün əsas şərti AÇIQLADI 

Hazırda oxunan: Rusiya XİN Bakı-İrəvan əməkdaşlığı üçün əsas şərti AÇIQLADI 

122868

“Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in nazir Sergey Lavrovun Azərbaycana səfər proqramı ilə bağlı yaydığı məlumatda bildirilib. 

Məlumatda bildirilib ki, iki ölkə arasında münasibətlər çoxillik dostluq və mehriban qonşuluq ənənələri ruhunda dinamik şəkildə inkişaf edir:

“Gündəlik birgə iş bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur. Hazırda iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt bağlanıb və ən yüksək səviyyədə müntəzəm dialoq aparılır”. 

Biz Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işinin davam etdirilməsinin tərəfdarıyıq. Delimitasiya prosesinin başlanılması Azərbaycan və Ermənistan arasında sərhədyanı ərazilərdə insidentlərin dayandırılmasına töhfə vermək məqsədi daşıyır. Rusiya tərəflərin müraciəti əsasında lazımi məsləhətçi yardımı göstərəcək”. 

Qeyd edilib ki, Rusiyanın xarici siyasət prioritetlərindən biri 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlara uyğun olaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməkdir:  
“Biz onların həyata keçirilməsini Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimadın və tam hüquqlu əməkdaşlığın bərpası üçün əsas şərt hesab edirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO