Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,6 bal gücündə zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 12:04-də (Bakı vaxtı ilə 13:04) qeydə alınıb.
Zəlzələ ocağı yer səthindən 6,96 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar ətraf vilayətlərdə də hiss olunub.
Fevralın 6-da baş vermiş Kahramanmaraş zəlzələsindən sonra regionda yeraltı təkanlar səngimək bilmir. AFAD-ın məlumatına görə, indiyədək 10 minə yaxın afterşok meydana gəlib.
Malatyada 5,6 bal gücündəki zəlzələdən sonra dağıntıların olduğu bildirilir.
Bildirilib ki, axtarış-xilasetmə briqadaları ərazidə fəaliyyətə başlayıb. Zəlzələ nəticəsində 2 nəfərin yaralandığı bidlirilir.
Bizim.Media